Düşmənə dərs keçən müəllim - Şəhid məktəb direktorunun abidəsini açılışı olub

# 20:23
18 oktyabr 2021

Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbdə əlindəki qələmini silahla əvəz edən məktəb direktoru, şəhid Emin İmaməliyevin adına ucalan abidə kompleksinin açılışı olub. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, rayon sakinləri, təhsil işçiləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan vətən övladları bir dəqiqəlik yad edilib, daha sonra himnimiz səsləndirilib.

Açılış mərasimində şəhidin iki azyaşlı oğul övladlarının müşaiyəti ilə abidənin önünə əklil qoyulub. Tədbirdə çıxış edənlər 31 yaşlı məktəb direktorunun vətən sevgisindən, müəllim peşəsini əziz bilib dərsləri şərəf və vicdanla tədris etdiyi kimi döyüşlərdə də eyni əqidə ilə düşmənə qarşı əzmkarlıq nümayiş etdirməyindən söz açılıb.

 Elvin İmaməliyev Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elvin İmaməliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

Elvin İmaməliyev Elsəvər oğlu 1989-cu il mayın 9-da Ağstafa rayonun Qırılı kəndində anadan olub. 1995–2006-cı illərdə  Qırılı kənd tam orta məktəbində, 2006–2010-cu illərdə Azərbaycan Dillər Universitetində xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə Ağstafa rayonunun Qırılı kənd tam orta məktəbində müəllim olaraq fəaliyyətə başlayıb. 2019-cu ildə isə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edib və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Elvin İmaməliyev ölümündən sonra "Vətən uğrunda" "Şuşanın azad olunmasına görə"  "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Ağstafa

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR