DYP: Bu ilin 3 ayında yol qəzalarında 125 nəfər ölüb
2021-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
DİN Baş DYP İdarəsindən APA TV-yə bildirilib ki, bu qəzalarda 125 nəfər həlak olmuş, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Aparılmış təhlillər göstərir ki, 365 yol-nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 109-u qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.
Yol-nəqliyyat hadisələrin növləri içərisində piyadanı vurmaq və toqquşma yenə də üstünlük təşkil edir.
Həlak olan 125 nəfərdən 50-si piyada, 42-si sürücü, 29-u sərnişin, 3-ü isə velosipedçi olub.
DİGƏR XƏBƏRLƏR

Bayden Azərbaycan Prezidentini təbrik edib

Qurban Qurbanovdan maraqlı təklif: Türk dövlətlərinin liqaları birləşə bilər?

“Tvitter”ə qarşı təxribat baş verdi, İlon Mask başını itirdi
