“Əbu-Bəkr" məscidi ilə bağlı son durum
"Nərimanov rayonu, Ü.Bünyadzadə küç, 766-cı məhəllə ünvanında yerləşən “Əbu-Bəkr" məscidi kəskin qəzalı vəziyyətdə olduğundan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən burada bərpa-gücləndirmə işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq tapşırıq verilib".
Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, BŞİH-nin qurumları tərəfindən burada təmir işlərinə başlanılıb: “Ərazidə aparılan mühəndis-geoloji işlər və ilkin araşdırmalar zamanı müəyyən olunub ki, məscidin tikintisi zamanı ciddi konstruktiv səhvlərə yol verilib, burada tikinti normalarına riayət edilmədiyindən məscidin binası və minarələrinin biri kəskin qəzalı vəziyyətə düşüb. Bununla əlaqədar məsciddə bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədləri hazırlanıb, qəzalı minarə sökülüb və artıq yeni layihə əsasında işlər aparılır”.
DİGƏR XƏBƏRLƏR

Prezident Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib

Azərbaycanda hamilə qəfil ÖLDÜ: Doğuşa saatlar qalmışdı

Zaqatalada əməliyyat: HƏYƏTİNDƏ NARKOTİK BECƏRƏN ŞƏXS SAXLANILDI
