Ədəbiyyat üzrə Nobel mükafatının qalibi məlum olub

# 17:01
6 oktyabr 2022

İsveçin paytaxtı Stokholm şəhərində Ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatı qalibinin adı açıqlanıb.

 

APA TV Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, qalibin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.

 

Ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatının qalibi fransız yazıçı Annie Ernaux (Anni Erno) olub.

 

O bu mükafata “Özgələşmənin mənşəyini və şəxsi yaddaşın kollektiv məhdudiyyətlərinin müəyyənləşdirilməsində göstərdiyi cəsarət və klinik dəqiqliyə görə” layiq görülüb.

 

Qeyd edək ki, mükafatın ötənilki qalibi əslən Tanzaniyadan olan Britaniya yazıçısı Əbdülrəzaq Qurna olub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR