Əfqanıstanın paytaxtında kamikadze hücumu: 6 ölü, 12 yaralı

# 18:24
27 mart 2023

Əfqanıstanın paytaxtı Kabil şəhərində kamikadze hücumu olub.

Bu barədə Anadolu Agentliyi Kabil Polis İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Əfqanıstan Xarici İşlər Nazirliyi binası yaxınlığındakı posta edilən kamikadze hücumu nəticəsində 6 nəfər ölüb, biri uşaq olmaqla, 12 nəfər yaralanıb.

Hücumun məsuliyyətini hələ ki üzərinə götürən olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR