Əməlini etiraf edib, özünə haqq qazandırdı

# 20:10
25 oktyabr 2021

Göyçayda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini satış üçün əkib becərdiyi narkotik vasitəni bir neçə​ torbaya yığaraq fərqli yerlərdə gizlədib. O, borcu olduğu üçün narkotik vasitə olan marixuana əkib becərib, lakin onu qurudaraq sata bilməyib. Bununla bağlı Göyçay Rayon Polis Şöbəsinə məlumat daxil olub. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Qaraxıdır kənd sakini Cavad Nəsirov saxlanılıb. Onun yaşadığı evə və həyətyanı sahədə yerləşən yardımçı tikiliyə baxış keçirilən zaman oradan təmiz çəkisi 3 kiloqram 260 qram olan marixuana, eləcə də iki ədəd qurudulmuş vəziyyətdə çətənə bitkisi aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxs Cavad Nəsirov əməlini etiraf etsə də ancaq özünə haqq qazandırmağa da çalışıb.

 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

 


Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR