Ər arvadını əvvəllcə maşınla əzdi, daha sonra bıçaqladı
Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. Rayonun Qızılhacılı kənd sakini 1977-ci il təvəllüdlü Mehman Süleymanov idarə etdiyi "Range Rover" markalı avtomobillə ilk olaraq həyat yoldaşı 1985-ci il təvəllüdlü Əfsanə Məmmədovanı vurub, daha sonra bıçaqlayıb. Qadın ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ancaq qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Deputat Tehrandakı terrorun araşdırılmasına azərbaycanlı mütəxəssislərin cəlb olunmasını istədi

Ərdoğan İrandakı səfirliyimizdə baş verən qanlı hadisəni qınadı

Səfirliyimizə hücum kimin sifarişidir? - İran polisi niyə yerindən tərpənmədi? - YENİ DETALLAR
