Ər arvadını və onun ailəsinə dəhşət yaşatdı

# 15:31
26 iyul 2022

Xaçmaz sakini arvadı, qayınanası, qaynı və baldızına bıçaqla xəsarətlər yetirib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə iyulun 26-sı saat 01 radələrində Xaçmaz rayonu, Niyazoba kəndi ərazisində baş verib. ƏSəbi ər həyat yoldaşının atası evinə gələrək qadını və onun ailəsini bıçaqlayıb.

 

Xaçmaz rayon prokurorluğundan APA-ya verilən məlumata görə, 4 nəfər şəxsin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla rayon sakini Niyaməddin Qədirovun qayınatasına məxsus evə gəlib arvadı Ülviyyə Qədirovaya, həmçinin sonuncunun anası, bacısı və qardaşına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

 

Niyaməddin Qədirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda iş üzrə istintaq davam edir.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR