Ərdoğan inanılmaz faktları açıqladı

# 13:39
14 may 2022

"Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və iftiralar Türk dövlətləri arasında media və informasiya sahəsində daha sıx əməkdaşlığın vacibliyini sübut etdi".

 

APA TV-nin İstanbul müxbirinin xəbərinə görə, bu barədə İstanbulda keçirilən Türk Dövlətlər Təşkilatının media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısının iştirakçılarına videomüraciətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O qeyd edib ki, İkinci Qarabağ müharibəsi sadəcə döyüş meydanında deyil, həm də informasiya sahəsində də gedirdi. Ərdoğanın sözlərinə görə, məhz bu, demokratik ölkələrdə 4-cü güc sayılan medianın necə bəlli dairələrin əlində təhrif alətinə çevirildiyinin göstəricisidir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR