Erməni deputatlar Laçınla bağlı layihədən imtina etdilər

# 15:02
21 mart 2023

Ermənistan parlamenti “Hayastan” müxalifət fraksiyasının Laçın yolu ilə bağlı bəyanat layihəsini gündəliyə daxil etməyib.

Hakim partiyanın “Vətəndaş müqaviləsi” fraksiyası səsvermədə iştirak etməyib və bəyanat layihəsi gündəliyə daxil edilməyib.

28 deputat layihənin lehinə səs versə də, bu ümumi səslərin yarısından azını təşkil edib.

Bəyanatda Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı missiyasına tam dəstək ifadə edilir və onun mandatının uzadılmasının zəruriliyi qeyd olunurdu.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR