Erməni nazirin etirafı: Başımıza gələn fəlakətlər özümüzü aldatmağın nəticəsidir

# 16:07
28 yanvar 2022

“44 günlük müharibə məğlubiyyətindən dərs almağa borcluyuq”.

 

Bunu jurnalistlərə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ordunun yaranmasının ildönümü ilə bağlı ziyarətə getdiyi Yerablur qəbirsanlığında deyib.

 

O qeyd edib ki, dövlətin başqa alternativi olmadığı üçün müdafiə qoşunları gücləndirilməli, dövlət qurumlarını təkmilləşdirilməli və bərpa olunmalıdır.

 

Türkiyənin Ermənistanı Antalya Diplomatiya Forumuna dəvət etməsi ilə bağlı jurnalistin “Uşaqlarımızı öldürən türklə necə dostluq etmək olar” sualına gəlincə isə ermənin nazir deyib ki, müzakirə edilməli çoxlu məsələlər var. Mirzoyan uzunmüddətli və sabit sülhün bərqərar edilməsində qərarlı olduqlarını qeyd edib: “Ölənlərin xatirəsini daim yad etmək və onlara ehtiram göstərmək, qurbanların valideynlərinin və ailələrinin hissləri haqqında daim düşünmək, eyni zamanda qurbanların xatirəsini öz öhdəliyimiz kimi hiss etməliyik. Demək istəyirəm ki, bizim ümummilli qırmızı xətlərimiz var ki, onları keçmək lazım deyil, lakin digər tərəfdən, biz qonşu ölkə ilə uzun müddətdir ki, münaqişəsi olan ilk və sonuncu da deyilik"

 

Müxalifətin Ermənistanın Türkiyə ilə əlaqələrinin yenidən qurulması ilə bağlı narazılığı barədə də mövqeyini bildirən Mirzoyan deyib ki, erməni-türk dialoquna qarşı çıxamağı kənara qoymalıdırlar.

 

“İllüziyalarla yaşamağı dayandırın, başımıza gələn fəlakətlər özümüzü aldatmağın nəticəsidir və Reallığın gözlərinə baxmaq, birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır” - deyə nazir bildirib.

 

Fuad Sadıqov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR