Erməni terrorunun 14 yaşlı qurbanı... - FƏRİDSİZ BİR İL

# 15:10
4 oktyabr 2021

Erməni terroru Ağcabədinin Taynaq kəndində yaşayan 14 yaşlı Fəridin həyatı ilə bərabər İsgəndərovlar ailəsinin arzularını da yarımçıq qoydu. Necə deyərlər evin çırağını söndürdü...

44 günlük Vətən Müharibəsinin 8-ci günü, cəbhədən gələn xoş xəbərlərlə yanaşı, düşmən xislətinin qurbanı olan dinc sakinlərin də acı xəbərini alırıq. Erməni ordusu ağır artilleriya silahları ilə Ağcabədi rayonunun kəndlərini atəşə tutmağa başlayır. Nəticədə 14 yaşlı Fərid İsgəndərov öz kəndlərində həlak olur. O, üç bacının bir qardaşı idi. Həmin gün atası Dilafət İsgəndərov oğlunu özü ilə Bakıya aparmaq istəsə də, Fərid anasını qoyub gedə bilməyəcəyini deyir.

”Dedim gəl gedək Bakıya, dedi getmirəm, mamamı tək qoyub getmirəm. Sən gedirsən. Mənimlə getdi aşağı. Kənd hamısı, millət hamısı çıxırdı aşağı. Əmisi orada kafedə işləyirdi. Dedi gedirəm əmimin yanına. STIK: Bakıya getdim, Ələtdə yeznəm mənə zəng elədi ki, möhkəm atışma gedir, bəs Fəridə zəng elə gəlsin. İki dəfə zəng elədim zəng çatmadı. Yeznəm birdə zəng elədi. Dedi Fəridə zəng elədin? Dedim zəng çatmır. Dedi əmisinə zəng elə. Əmisinə zəng elədim, gördüm əmisi çığırır. Dedim nə olub? Dedi Fərid öldü...”

Əmisinin iş yerində mərmi partlayışı nəticəsində həlak olan 14 yaşlı Fərid İsgəndərov ailənin sonbeşiyi olsa da, hər kəsin sevgisini qazanıb.

 “Mən 11-ci sinifdə oxuyurdum, o anadan olanda. Düzdü əvvəl istəmirdik. Mən Bakıya imtahan verməyə getmişdim. Orda eşitdim. Utanırdım, deyirdim getməyəcəm o kəndə. Sonra bir anlığa çıxdım ona bazarlıq etdim. Ona çoxlu göz muncuqları aldım gətirdim. Və gəldim... gəldim ki, o qədər gözəl bir uşaqdır... Sinənin tam ortasının göynəməyi, o göynərti... Adı çəkiləndə nəfəsinin dayanmağı, yeri dolmur, qardaşdır, yeri dolmur. Bəlkə də bir qardaşım da olsaydı, amma barmağın beşi də eyni deyil. Amma, gəlirəm, baxıram, deyirəm arzuları varıydı. Ev... həyət... Nə bilim... dilim gəlmir, dilim gəlmir - Allah sənə rəhmət eləsin deməyə...”

Siyasi arenalarda və Azərbaycan Ordusu qarşısında boğulan erməni ordusu hələ qarşıda daha çox terror edəcəkdi. Çünki bu hələ döyüşün səkkizinci günü idi... Hələ qarşıda 36 gün var idi. Amma qəhrəman Azərbaycan əsgəri sözünü cəbhədə deyir, bu günün qisasını sabaha saxlamırdı.

 

Elgün Gəncimsoy, Arzu Quliyev, APA TV Ağcabədi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR