Ermənilərə bacılıq edən Fransanın Korsika üzü: Xalqın adına da qada qoydu

# 19:21
13 mart 2023

Beynəlxalq münasibətlər sistemində aqressiv ölkə kimi tanınan Fransa, indi də müstəmləkəsi olan Korsika adasında korsikan dilini ləğv etmək qərarına gəlib.

Beləcə erməni xalqı və erməni dilinə hörmətlə yanaşan Azərbaycanı az qala soyqırımında ittiham edən Fransada bütöv bir xalqın adı, dili qadağan olunur. 

 

Sabiq deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, XXI əsrdə Fransanın korsikan dilini, hətta onun adının çəkilməsini belə qadağan etməsi beynəlxalq hüquqa arxa çevirməkdir.

Onun sözlərinə görə, özünü insan hüquqlarını müdafiə edən ölkə kimi tanıdan Fransanın əsas məqsədi kiçik xalqları assimilyasiya etmək, onların dilini və mədəniyyətini unutdurmaq, zamanla yox etməkdir.

 

Siyasi şərhçi Elçin Mirzəbəyli Fransanın yeni qərarını qətiyyətlə qınayaraq bildirib ki, Korsikada dövlət idarələrində, qanunverici orqanda korsikan dilinin istifadəsinə qadağa qoyulması Fransa konstitutsiyasının 2-ci maddəsinə əsaslanır. Lakin nəzərə almaq lazımdır ki, Fransa konstitutsiyasının 1-ci maddəsində qeyd olunan idarəetmə sisteminin bütün digər hüquqlara təminat verməsi heç də yeni qərarla üst-üstə düşmür.

 

Deputat Sahib Alıyevin sözlərinə görə, Fransa özündən minlərlə kilometr uzaqda yerləşən torpaqları mənimsəyərək departamentlər kimi təqdim edir və bununla yanaşı, ən azı 5 ölkə ilə haqsız qarşıdurmadadır.

O bildirib ki, belə bir ölkə Ermənistana dəstəyini gizlətmədiyi halda Qarabağda arbitr kimi çıxış edə bilməz.

 

Deputat bildirib ki, Makron və komandası Qarabağla bağlı arzularına nail ola bilməyəcəklər. Azərbaycan ən zəif olduğu anlarda belə torpaqlarının işğal altında qalması siyasəti ilə heç vaxt barışmayıb və 2020-ci ildə də bütün dünyanı öz gücü ilə tanış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR