Ermənilərin “adamyeyən” dediyi döyüşçülər - REPORTAJ

# 20:07
28 iyun 2022

Ermənilərin “adamyeyən” dediyi döyüşçülər - REPORTAJ Xüsusi Təyinatlı Komandoların həyatını çəkib, hekayəsin dinləməyə gedirik. O komandolar ki, Vətən müharibəsində ermənilərin kabusuna çevrildiklərinə görə, düşmən qorxudan onlara bir ad vermişdi - Adamyeyənlər! Müzəffər ordumuzun işğaldan azad etdiyi Hadrut, indi komandolarımızın yetişdiyi əsgər ocaqlardan biridir. Buradakı komandolar deyir ki, belə gözəl təbiətin ağuşunda, dağların arasında tikilən hərbi hissədə xidmət etmək insana ayrı bir stimul verir. Komandonun bir günü ancaq ağır təlimdə keçir. Təsəvvür edin, insanlar 30 dərəcə istidə yol gedə bilmədikləri halda, onlar hərbi formada, üzərlərində onlarla kiloqram yük, saatlarla dağlarda təlim keçirlər. Hər bir silahdan sərrast atmağı bacarmaq isə komandoların yazılmamış əsas qanunlarından biridir. Silahlar arasında mənə çox tanış olan biri də var. Snayper Ağır təlimlərdən sonra komandoların qidalanması ilə maraqlanırıq. Onlar gün ərzində itirdiyi kalorini bərpa etmək üçün yaxşı qidalanmalıdırlar. Təqdim olunan yemək siyahısında da bunun şahidi oluruq. Hərbiçilərə şanlı tarixmiz və qəhrəmanlarımız haqqında daha yaxşı məlumatlı olmaq üçün mütamadi dərslər də keçirilir. Əsgər yataqxanaları da təmiz və səliqəli şəkildə istifadə olunur. Bir sözlə, yüksək şərait, yüksək xidmət. “Allah hər bir Azərbaycan əsgərini hifz etsin” deyib, Hadrutdan qürurla ayrılırıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR