Ermənilərin dağıtdığı bu evlər yenidən tikilir

# 20:49
25 oktyabr 2021

Bərdə rayonu da Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin terroru ilə üzləşən və dağıntıya məruz qalan rayonlardandır. Ermənilərin rayonu top və raket atəşinə tutması nəticəsində 5 yaşayış evi və 2 qeyri-yaşayış obyekti dağıdılıb, 240-dan çox yaşayış evi və tikiliyə zərər dəyib.  Lakin Azərbaycan dövləti öz vətəndaşını darda qoymayıb.  44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Bərdədə dağıdılmış 215 tikilidə təmir-bərpa işləri aparılıb, 5 yaşayış evi və 1 sahibkarlıq obyekti isə tamamilə yenidən tikilərək sahiblərinə təhvil verilib.

 

Azər İsmayılov Bərdə şəhər Koroğlu küçəsi ev 15-də yaşayır. 4 nəfərlik ailənin yaşadığı ev raket mərmisinin düşməsi nəticəsində dağılmışdı. Onun dağılmış evinin yerində daha geniş, daha rahat ev tikilib. O, yeni evdəki şəraitindən çox razıdır: “Oktyabrın 5-də ermənilər raket atmışdı bura. Ev təmiz dağılmışdı. Xoşbəxtlikdən həmin vaxt evdə heç kim olmamışdı. Dövlət başçımızın göstərişi ilə Şəhərsalma Komitəsi gəldi evimin yerində təzə ev tikib verdi. Əvvəlkindən də yaxşıdır. Gözəldir. Hamıya təşəkkür edirəm. Öz gücünə qalsa tikə bilərdin belə bir evi?- yox mən belə bi rev tikə bilməzdim.”

 

Hazırda 28 tikilinin təmir-bərpa işləri gedir və 1 sahibkarlıq obyektinin tikintisi bitmək üzrədir. Təmir - bərpa işlərinin qısa zamanda tam yekunlaşdırılması nəzərdə tutulur.  Erməni terroru nəticəsində İnşallah Şirinovun da dəri emalı sexi tamamilə dağılmışdı, 6 nəfərlik ailənin gəlir mənbəyi olan emal sexi də dövlətin maddi vəsaiti hesabına yenidən tikilərək ona təfil verilib. O, əməyi olan hər kəsə diqqət və qayğıya görə öz minnətdarlığını bildirir: “Ermənilərin atdığı mərmi nəticəsində mənim dəri sexi kimi fəaliyyət göstərən obyektim dağılmışdı. Cənab prezidentin göstərişi ilə Şəhərsalma və Arxitektura komitəsi ondan da gözəlini tikib mənə təhvil verib. Bütün zəhməti olan hər kəsǝ öz təşəkkürümü bildirirəm.”

 

Ümumilikdə, Erməni terroru nəticəsində 11 şəhər və rayon ərazisində 13 000 -dən çox tikiliyə ziyan dəyib. Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında hazırkı mərhələdə 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.

 

Habil Aslanoğlu, Ziya İsmayıloğlu, APA TV, Bərdə

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR