Ermənilərin daha bir neçə postu belə dağıdıldı
Ordumuz tərəfindən ermənilərin növbəti təxribatlarının qarşısı qətiyyətlə alınıb.
Bununla bağlı sosial şəbəkələrdə yeni görüntülər yayılıb. Videoda danışan hərbçimiz bildirib ki, sərhəddə təxribata hazırlaşan ermənilər bir neçə hərbi post qurublar. Əsgərlərimiz isə dərhal təxribatın qarşısını almaq üçün qurulmuş həmin postları dağıdıblar.
Bundan öncə də sosial şəbəkələrdə eyni məzmunda bir neçə video yayılıb. Həmin videolarda da təxribatın qarşısının alınması üçün müzəffər ordumuzun cəsarətli hərbçiləri tərəfindən zəruri fəaliyyət icra olunub. Qorxudan titrəyən, diz çöküb yalvaran ermənilər hərbi ləvazimatlarını dağıdılan postda, 1 UAZ minik maşınını isə göldə qoyub qaçıblar.
DİGƏR XƏBƏRLƏR

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb

Yevlaxda yataqxanada yanğına görə cinayət işi başlanıb, saxlanılan var

Dövlət başçısı Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib
