Ermənistan himninə görə kürsünü tərk etdi, medalı əlindən alındı

# 18:23
4 iyul 2022

Romada keçirilən U-20 Avropa çempionatında yarışan güləşçimizlə bağlı qalmaqal yaranıb.

 

Belə ki, yarışda uğurlu çıxış edən idmançımız Sabir Cəfərov finala qədər irəliləsə də, final mərhələsində erməni güləşçisi Hayk Papikyana 3:2 hesabı ilə məğlub olub və gümüş medal əldə edib. 

 

Elə qalmaqal da bundan sonra baş verib. Mükafatlandırma zamanı erməni himni səsləndirilərkən Sabir Cəfərov kürsünü tərk edib. Nəticədə təşkilatçılar Sabir Cəfərovu yarışdan kənarlaşdırıb və gümüş medalı əlindən alıblar.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR