Ermənistan ordusunda yüksək rütbəli zabitlər qovuldu

# 12:22
19 yanvar 2023

Ermənistanda hərbi hissədə hərbçilərin ölümü ilə nəticələnən yanğınla bağlı bir neçə şəxs vəzifəsindən azad edilib.

Ermənistanın İctimai Televiziyasının xəbərinə görə, 2-ci korpus komandirinin müavini, briqadanın Baş Qərargah rəisi, polkovnik-leytenant Rudik Akopyan, briqada komandirinin təminat məsələləri üzrə müavini, polkovnik-leytenant Qor Aheyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Kazaryan və mühəndis-istehkam bölüyünün komandiri, kapitan Qor Sarkisyan işdən çıxarılıblar.

Xatırladaq ki, Ermənistanda hərbi hissədə baş vermiş yanğın nəticəsində 15 hərbçi ölüb, 3 nəfər isə yanıq xəsarətləri ilə Basarkeçər rayonunun tibb mərkəzinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR