Ermənistan parlamentinə taxılan separatçı bayrağı endirildi

# 14:26
12 aprel 2022

Ermənistanın keçmiş müdafiə naziri, deputat Seyran Ohanyan parlamentdə siyasi təxribata əl atıb. Belə ki, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan parlament kürsüsünə "Artsax" bayrağını taxıb. Ohanyan “müxalif deputatlar parlamentin iclasını boykot edəcək” bildirərək bu "bayrağ"ı ora sancıb. O, indiki hakimiyyətin siyasətini Ermənistanın maraqlarına zidd olduğunu deyib.

 

APA TV xəbər verir ki, “Hayastan” və “Şərəfim var” fraksiyalarının deputatları zalı tərk edəndə kürsüyə “Vətəndaş müqaviləsi”nin deputatı Vaaqn Aleksanyan çıxıb. O, “Siyasi qüvvələr populizmdən əziyyət çəkəndə həmin qüvvələri təmsil edən keçmiş müdafiə naziri bu "bayrağ"ı lazımi yerə qoymaq istəmir”, - deyərək "bayrağ"ı götürərək gizlədib.

 

Aleksanyan onu da deyib ki, özlərini "Artsax" və Ermənistanın müdafiəçisi adlandıran bu adamlar yaxınlarını zənginləşdirməklə məşğuldurlar. O qeyd edib ki, bu siyasətçilər ölkəni gücləndirmək üçün heç bir iş görmürlər və heç bir həll yolu təklif etmədən tənqid edirlər.

 

Yerli media isə bunu müxalifətlə hakimiyyət arasında yeni qalmaqal kimi qiymətləndirib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR