Ermənistan Qarabağa hərbi qüvvə yığır?

# 11:00
11 avqust 2021

“Azərbaycan açıq şəkildə sülh bəyanatında bəyan edib ki, Qarabağdakı bütün erməni birləşmələr Azərbaycanı tərk etməlidir. Bu həm Qarabağ, həm də Ermənistanın separatçı rejiminə aiddir”.

APA TV xəbər verir ki, bunu siyasi şərhçi Turab Rzayev son günlər ermənilərin Qarabağa hərbi qüvvə yığmasına münasibət bildirərkən deyib: ”Müharibənin əvvəlində Ağdərədə iyirmi minə yaxın möhkəmlənmiş istehkamlarda erməni əsgəri var idi. Onlar hər biri müasir silahlarla və texnika ilə silahlanmışdı. Bəyanatın şərtinə görə isə onların hər biri oranı tərk etməli idi. Lakin görünən mənzərə onu deyir ki, bir nəfər əsgər belə o mövqeləri tərk etməyib. Bu isə bəyanata birbaşa ziddir”.

Turab Rzayevin sözlərinə görə, Qarabağa Ermənistandan, Suriyadan və Krasnodardan ermənilərin köçürülməsi də bəyanata ziddir. Orada yalnız Sovet İ  ttifaqı dövründə yaşayan ermənilər yaşaya bilər. Onların hər biri Azərbaycan vətəndaşlığın qəbul etməli, digərləri isə oranı tərk etməlidir: ”Daha bir məsələ isə bəzi ermənilərin guya Rusiya pasportu daşımaq istəməsi, onlara vəsiqə paylanılması, buna biz birmənalı şəkildə qarşıyıq. Azərbaycan ədalətli müharibədə qalib gəlib, müqavilə imzalayıb. Həmin müqavilədə qeyd olunmur ki, burda sülhməramlılar pasport paylaya bilər və ya kiməsə dil öyrədib hospital tikə bilər”.

Ekspert deyir ki, Ermənistan ölkəsinin inkişafını, burada ordu yığmaq yox, bölgədəki yeni layihələrə qoşulmaqda görməlidir. Bu zaman həm Zəngəzur dəhlizi, həm də Ermənistandan keçəcək yeni dəmir yolları bu ölkənin iqtisadi, həm də siyasi cəhətdən güclənməsinə kömək edəcək. Bu isə bölgədə sülhün təmin olunmasına rəvac verəcək.

Qeyd edək ki, dünəndən başlayaraq Ermənistanın intensiv şəkildə Qarabağa zirehli texnika və artilleriya vasitələri, canlı qüvvə göndərdiyi, mühəndis istehkam işləri aparıldığı barədə məlumatlar yayılıb.

Semral Cavad,

Üzeyir Ağayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR