Ermənistanda keçirilən sorğu Rusiya üçün sürpriz oldu

# 18:29
4 fevral 2022

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən Ermənistanda keçirilmiş rəy sorğusunun nəticəsi açıqlanıb. Məlum olub ki, əhalinin 15 faizdən çoxu Rusiyanı Ermənistan üçün təhdid sayır. 
Sorğunun nəticələri Rusiyada ciddi müzakirələrə səbəb olub.
Rusiya Dövlət Dumasının deputatı, ermənipərəst Konstantin Zatulin deyib ki, Ermənistanda daxili siyasi mübarizə rusların əleyhinə işləyir və Rusiyaya qarşı çağırışlar yağışdan sonra çıxan göbələk kimi artır.
Zatulin hesab edir ki, baş verənlərin arxasında Nikol Paşinyanın blogerləri və politoloqları dayanır.
Sitat:
“Ermənilər düşünür ki, Rusiya Ermənistanı atıb, onu dəstəkləməyib. Onlar bunun Ermənistana dərs vermək üçün edildiyini deyirlər. Hətta düşürlər ki, bütün baş verənləri Rusiya planlaşdırıb. İlk dəfədir ki, Ermənistanda belə əhval-ruhiyyə yaranıb”.
Deputat bildirib ki, paradoksal vəziyyət yaranıb. Bir yandan Rusiya sülhməramlılar vasitəsilə Qarabağ ermənilərinin özlərini təhlükəsiz şəraitdə hiss etməsini təmin edir, digər yandan Ermənistanda antirusiya əhvalı güclənir.
Sitat:
“Ermənistan erməniləri ilə Dağlıq Qarabağ erməniləri arasında münaqişə yaranıb. Dağlıq Qarabağ erməniləri hesab edir ki, Ermənistan hökuməti və ümumən Ermənistan onları atıb. Ermənistanın özündə isə düşünürlər ki, Rusiya güvəniləsi müttəfiq deyil və bütün bunlar Türkiyə ilə yaxınlaşmaya yönəlmiş nümayişkəranə addımlar fonunda baş verir”. 
Zatulin onu da söyləyib ki, indi ermənilər ciddi sınaqdan keçirlər. 
Sorğunun nəticələrinə münasibət bildirən bəzi siyasilər isə düşünürlər ki, Ermənistanda antirusiya havası uzun müddətdir var, əlacsız qaldıqları üçün bunu var gücləri ilə gizlətməyə çalışırlardı. İndi isə siyasi vəziyyət dəyişir deyə, Rusiya əleyhinə çağırışlar artır. 

Salmanov Taleh
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR