Ermənistanın yeni prezidentinə niyə “İngiltərə kraliçası” deyirlər?

# 13:21
4 mart 2022

44 günlük müharibəndən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistanın daxili siyasəti çalxalanmağa davam edir. Bu gün uzun sürən çəkişmələrdən sonra Ermənistan parlamenti yeni prezident seçib. Vaaqn Xaçaturyan. Görəsən, Azərbaycan, eləcə də Ermənistan ictimaiyyətinə tanış olmayan bu şəxsin hansı xidmətləri olub? Xatırladaq ki, bundan öncəki prezident Armen Sarkisyan bu postun yeni qanunlara görə məhdud olduğunu əsas gətirərək müalicə üçün getdiyi İngiltərədə yanvarın 23-də istefa verdiyini elan etmişdi.

 

Maraqlıdır, erməni müxalifətinin “İngiltərə kraliça”sı adlandırdığı Vaaqn Xaçaturyan niyə prezident olmaq istəyib? İddia olunur ki, Xaçaturyan “Qarabağ klan”ından başqa bütün hakimiyyətlər dövründə hansısa posta təyin olunub. Və ya hər hakimiyyətlə yola getməyi bacarıb. Buna görə də ona “İngiltərə kraliça”sı adı verilib.

 

Hələ sovetlər dönəmindən vəzifələrə təyin olunan Xaçaturyan Ermənistanın ilk prezidenti Ter Petrosyanın da sevimli kadrlarından olub. Hakimiyətdə təmsil olunmadığı dövrdə isə İrəvanın meri işləyib. Görünür, sakit siyasi təbiəti ilə özünə hörmət qazanan Xaçaturyan Paşinyan elitasını da özünə cəlb etməyi bacarıb.

 

Qeyd edək ki, erməni mətbuatı Xaçaturyanın baş nazirin icazəsi olmadan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesində fəal iştirak etməyəcəyini də bildirib.

 

Politoloq Suren Surenyanç “SputnikArmeniya”ya açıqlamasında yeni prezidenti Paşinyanın dirijoru adlandırıb və əlavə edib ki, o baş nazirin siyasətinə qarşımayacaq.

 

Sitat: “Vaaqn Xaçaturyan heç bir siyasi ambisiyaya malik olmayan namizəddir və o, regionda “sülh erası” ideyasını ilk dəstəkləyənlərdir. Arayik Arutyunyan cəmiyyətin reaksiyasını yoxlamaq üçün medianın gündəminə süni şəkildə atılan adam idi. Xaçaturyan daha layiqli namizəd kimi görünməyə başladı. Sarkisyanı məcbur etməsələr də, prezidentlikdən getməyə sövq etdilər ki, Paşinyan bütün hakimiyyəti öz əlində cəmləşdirə bilsin”. Sitatın sonu

 

Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasının sədri Taquhi Tovmasyan isə deyib ki, Xaçatryan böyük ehtimalla bu vəzifədə sadəcə əvəzedici olacaq. Onun fikrincə, ölkənin idarəetmə modeli dəyişdirilir və parlament idarəetmə formasından prezident və ya yarı-prezident idarəetmə formasına keçid üçün hazırlıq  gedir.

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR