"Ermənistanla bağlı beynəlxalq məhkəmələrdə ciddi addımlar atılır"

# 16:53
8 noyabr 2021

“Düşmən torpaqlarımızı işğal etdiyi 30 ilə yaxın müddətdə mülki əhali ilə yanaşı, flora və faunanı, ətraf mühitin bioloji müxtəlifliyini də hədəfə alaraq beynəlxalq ekoloji cinayətlər törədib”.

 

Bunu APA TV-yə açıqlamasında ombudsman Səbinə Əliyeva deyib. O bildirib ki, törədilən əməllərlə bağlı bir neçə məhkəməyə müraciət edilib və ciddi addımlar atılır: “Noyabrın 6-sı Müharibə və münaqişə zamanı ətraf mühitin istismarının qarşısının alınması günü kimi qeyd olunurdu. mülki əhalimizə qarşı cinayətlərlə bərabər, təbiətimizə, bioloji müxtəlifliyimizə, flora və faunamıza da çox ciddi zərbə endirib, beynəlxalq ekoloji cinayət törədib. Bu məsələ ciddi nəzarətdədir. Bu xətt üzrə də ciddi addımlar atılır”.

 

Qeyd edək ki, mənfur düşmən 10 noyabr razılaşmasında sonra da Laçını və Kəlbəcəri tərk etmələri üçün verilən müddətdə vandallıqlarından geri qalmadı. Meşələr doğrandı, yandırıldı, ev heyvanları güllələndi.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR