Evdən 23 min manat oğurlayıb GECƏ KLUBUNA GETDİ

# 11:57
9 dekabr 2022

Balakəndə oğurluq edən şəxs saxlanılıb.

Belə ki, rayonun Tülü kəndində evlərin birindən oğurluq edilməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Evə daxil olan naməlum şəxs 12 min ABŞ dollar, 3 min manat pul və 2600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Pərviz Umudov saxlanılıb. Saxlanılan şəxs ifadəsində qonşusunun yaxın qohumlarının toy mərasimində iştirak etdiyini fürsət bilərək həmin evə daxil olduğunu bildirib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Pərviz Umudov niyyətini həyata keçirdikdən sonra qızılları əvvəllər özünün təhsil aldığı məktəbin həyətində gizlədib, pulu isə götürərək Bakı şəhərinə gedib. Paytaxtda oğurladığı pulların bir hissəsini əyləncə mərkəzlərində, qalanını isə geyim mağazalarında xərcləyərək özünə bahalı paltar alıb. Davam etdirilən tədbirlərlə onun gizlətdiyi qızıl-zinət əşyaları da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR