Evdən 55 min manatlıq oğurluq edildi

# 17:54
21 fevral 2022

Tərtərdə evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Tərtər rayon sakini rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus fərdi yaşayış evindən 15 000 ABŞ dolları, 10 000 manat pulunun və 20 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib. Müraciət əsasında müvafiq araşdırmalara başlanılıb. Keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşamış Vüqar Baxşəliyev saxlanılıb. Həmin şəxsdən oğurladığı pulun bir qismi, oğurluq zamanı istifadə etdiyi 3 ədəd mobil telefon, maska, əlcək və papaq maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Vüqar Baxşəliyev barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR