Evə basqın zamanı yaralanan nənə və nəvənin SON DURUMU AÇIQLANDI

# 14:56
30 noyabr 2022

Bakıda evə basqın edən şəxslər tərəfindən bıçaqlanan yaralıların son durumu açıqlanıb. 

 

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, Xəzər rayonu, Buzovna qəsəbəsində baş verən hadisə nəticəsində xəsarət alan 3 nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Xəsarət alan 51 yaşlı Rahil Muradov göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

 

Hazırda tibb müəssisəsində iki nəfərin müalicəsi davam etdirilir. 77 yaşlı Şahirə Muradovanın vəziyyəti ağır, 25 yaşlı Elbrus Ağalarovun vəziyyəti isə orta ağır qiymətləndirilir.

 

Xatırladaq ki, ötən gün saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 83 yaşlı Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 77 yaşlı Şahirə Muradovanın, oğlu 51 yaşlı Rahil Muradovun və nəvəsi 25 yaşlı Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,  cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR