FACİƏ: Qızının maşınla vurduğu ana öldü
Balakəndə övladının avtomobillə vurduğu ana 17 gün sonra xəstəxanada ölüb.
Hadisə mart ayının 1-i rayonun Talalar kəndində baş verib.
33 yaşlı Aygün Qarayeva yaşadığı evin həyətyanı sahəsində “Niva” markalı minik avtomobilini idarə edərkən ehtiyatsızlıqdan evin pilləkənində oturan anası 59 yaşlı Məlahət Qarayevanı vurub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Məlahət Qarayevaya Balakən Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım edildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Ancaq hadisə baş verdikdən 17 gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Üfüqlərə qapılar müstəqillikdən açılır - APA TV

Moskvada 28 May-Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib

İrəvan Zəngəzura diversant göndərməklə nə demək istəyir?
