Fazil Mustafa: “Bakı bir gecəqondu şəhərini xatırladır”
“Qanunsuz tikilən evlərlə bağlı problemlər həll olunmalıdır”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, sosial şəraitlə əlaqədar insanlar yaşadığı yerləri tərk edir: “Bakıya girəndə Sulutəpədən başlamış, şəhərin bütün giriş-çıxışlarına baxanda Bakı bir gecəqondu şəhərini xatırladır. Bunu dəyişməliyik. Bizim qanunsuz nikah məsələsinə baxışımız necə olubsa, qanunsuz evlərə də münasibətimiz elə olmalıdır. Bu məsələdə qurumlararası münasibətlər acınacaqlı vəziyyətdədir. Bələdiyyələrin qərarı keçərli deyilsə, onda hansı sənəd burada əsas götürülə bilər? Yüzlərlə qanunsuz sərəncam Şəhərsalma və Arxitektura Komitəsinə miras qalıb. Rayonlarda elə vəziyyət yaradılmalıdır ki, insanlar dədə-baba yurdlarında yaşasınlar. Bu, ciddi problemdir və həllini tapmalıdır”.
DİGƏR XƏBƏRLƏR

İcra başçısının qardaşı oğlu faciəvi şəkildə öldü

Şuşa cənnətə dönür - Şərhsiz

Qızının maşınla vurduğu ana 17 gün sonra öldü - FACİƏ / “APA XƏBƏR” - 15:00
