Fermadan 3 800 manatlıq oğurluq etdi

# 20:11
21 oktyabr 2021

Fermadan 3 800 manatlıq oğurluq edən Astara sakini saxlanılıb.

APA TV - nin cənub bürosunun verdiyi xəbərə görə, Astara rayonunun Qamışlı kəndində yerləşən fermadan ümumi dəyəri 3 800 manat olan müşahidə kameraları, soyuducuya aid motor və radiatorların oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda saxlanılıb. Araşdırmalar zamanı onun Astara rayon sakini Bəhruz Səmədov olduğu müəyyən edilib: “Qamışlı kəndində ferma var. Getdim girdim ora. Girən kimi kamera vardı, sökdüm hamısını. Çıxanda gördüm soyuducu motoru və radiator var. Onu da götürdüm çıxdım çölə. Bir gün keçməmiş polislər tutdu məni”.

Bəhruz Səmədovun oğurladığı əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Tural Kərimov, Rövşən Əzimov, APA TV, Astara

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR