Fərrux dağında itkin düşən daha bir əsgərimiz: Mehman Eminov

# 18:57
8 aprel 2022

Birinci Qarabağ müharibəsi zamanı Fərrux kənd və Fərrux yüksəklikləri uğrunda döyüşlərdə itkin düşən  igid oğullardan biri də Mehman Bəhram oğlu Eminovdur. O, 1974-cü ildə Zaqatala rayonu Yeni Suvagil  kəndində kolxozçu ailəsində doğulub. Eminovlar  ailəsində üç qız iki oğlan dünyaya gəlib.  Mehman Eminov 1991-ci ildə orta məktəb təhsilini başa vurub, təhsilini davam etdirmək üçün Zaqatala kənd təsərrüfatı texnikumuna daxil olur. Mehman həqiqi hərbi xidmətə yola düşdükdən bir neçə ay sonra Fərrux kəndi və Fərrux dağı yüksəklikləri uğrunda gedən döyüşlərə qatılıb. Elə Fərrux kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Qeyd edək ki, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə Zaqatalanın Yeni Suvagil  kəndi  ümumilikdə  11 şəhid verib. Onlardan 8-i Birinci Qarabağ Müharibəsi zamanı, 3-ü isə İkinci Qarabağ müharibəsi zamanı şəhid olub. Birinci Qarabağ müharibəsi zamanı Yeni Suvagil  kəndindən 4 nəfər itkin düşüb.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR