FHN Akademiyasında hərbi andiçmə və buraxılış mərasimi keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, mərasim iştirakçıları, əvvəlcə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış Ümummili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Hərbi andiçmə və təntənəli buraxılış mərasimi Dövlət Himninin səsləndirildikdən və Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonar açıq élan olunub. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.
Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev kursantları, məzunları və onların valideynlərini təbrik edib. Nazir müavini bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında xüsusi yer tutduğunu bildirərək bu nailiyyətin əsasında ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatların dayandığını vurğulayıb.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Baba Salayev kursantları və məzunları, həmçinin onların valideynlərini təbrik edib. O çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qazandığı böyük zəfərdən söz açıb, qəhrəman əsgər və zabitlərimizin Vətən qarşısında misilsiz xidmətlərindən bəhs edib.
Daha sonra Vətən müharibəsi qazisi Dəyanət Məmmədov və Akademiyanın məzunu leytenant Elvin Həsənov çıxış edərək kursant və məzunları təbrik ediblər.
Tədbir Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasimin rəsmi hissəsi başa çatıb.
Rəsmi hissədən sonra tədbir iştirakçıları Akademiyanın idmançılarının nümunəvi çıxışlarını izləyiblər.
Nərmin Murad
Fariz Quliyev
APA TV
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
