FHN əməkdaşları Kahramanmaraşda bir nəfəri xilas etdi

# 13:00
7 fevral 2023

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Türkiyənin zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

APA-nın fəlakət zonasına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün səhər əməliyyatlara başlayan xilasedicilər indiyədək 5 nəfərin cəsədini dağıntılar altından çıxarıb.

Bundan başqa bir nəfər dağıntılar altından xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, APA-nın iki əməkdaşı hazırda Türkiyədə təbii fəlakət zonasında işləyir. Əməkdaşlardan biri Azərbaycan FHN-in xilasediciləri ilə birgə zəlzələnin episentri olan Kahramanmaraşa ezam olunub. Digər əməkdaş isə zəlzələnin ağır təsirlərinə məruz qalmış Hatay bölgəsindədir. Əməkdaşlarımız xilasetmə əməliyyatları barədə son məlumatları hadisə yerindən çatdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR