FTB Trampın evində axtarış apardı

# 13:20
9 avqust 2022

ABŞ-ın Federal Təhqiqatlar Bürosu sabiq prezident Donald Trampın evində axtarış aparıb. APA TV-nin xəbərinə görə, bu barədə Tramp özü məlumat verib. Sabiq prezident axtarışla bağlı şərh verməyib. Lakin axtarışın bəzi detalları məlum olub. Bir müddət əvvəl ABŞ-ın Milli Arxivi Trampın vəzifədən gedərkən özü ilə apardığı 15 qutu sənədi geri verməyi tələb etmişdi. Bunların arasında tam məxfi sənədlər, xəritə və Şimali Koreyaya dair qovluqlar yer alırdı. 1978-ci ildə qəbul edilmiş qanuna görə, prezidentin səlahiyyət müddəti başa çatdıqda bütün sənədləri saxlanmaq üçün arxivə verməlidir. Milli Arxiv Trampın sənədləri götürməsi faktına görə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR