Gecə klubunda partlayışa görə tutulan inzibatçı şikayət verib

# 17:24
5 aprel 2022

Bakıda gecə klubunda partlayışa görə həbs edilən Rəsul Rəsulov apellyasiya şikayəti verib.

 

Bu barədə APA-ya onun vəkili məlumat verib.

 

O bildirib ki, onlar ötən gün Binəqədi rayon Məhkəməsinin qəbul etdiyi qərardan şikayət veriblər: “Rəsul Rəsulov 3-cü qrup əlildir, astma xəstəliyindən əziyyət çəkir. Həmçinin himayəsində yataq xəstəsi olan anası var”.

 

Qeyd edək ki, Rəsul Rəsulov İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyirmiş.

 

Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış zamanı 1 nəfər ölüb, 37 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR