Gədəbəydə yeni qızıl zonası aşkarlandı
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Gədəbəydə yeni qızıl minerallaşması zonası aşkar edib.
Bu barədə "APA-Economics"ə mədən şirkətindən bildirilib. Məlumata görə, “Anglo Asian” Gədəbəydəki Gilar yatağında 60 metr dərinlikdə qızıl və mis minerallaşma zonası müəyyən edib. Şirkət "Gilar"da şaquli qazma nəticəsində bu nəticəyə gəlib. Bildirilib ki, altı minerallaşma zonası üzrə əhəmiyyətli qızıl, mis və sink yataqları aşkarlanıb.
Şirkətdən bildirilib ki, ən son qazma quyularının mineral kəsişmələrinin davamlılığını və dərəcəsini, eləcə də faydalı qazıntı zonasının dərinliyini nəzərə alaraq, hasilat üçün yararlı tunellə yeraltı çıxış üçün layihə, eləcə də əlavə kəşfiyyat işləri planlaşdırılır.
DİGƏR XƏBƏRLƏR

Hansı universitetlərin diplomları ölkəmizdə tanınmır? APA TV

Şəmkirdə ağır qəza: minik və yük maşınları toqquşdu

Rusiya xarici işlər naziri Ermənistanı işğalçı adlandırdı
