Gəncə polisi əməliyyat keçirdi – NARKOTİK ALIB-SATAN ŞƏXSLƏR YAXALANDI

# 17:45
29 aprel 2021

Gəncədə narkotik satan və alan şəxslər saxlanılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə  bilavasitə tabe olan Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Məmməd Zeynalov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərindən heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı Məmməd Zeynalov narkotik maddəni Gəncə şəhər sakini Qorxmaz adlı şəxsdən 50 manata aldığını bildirib.

 

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş Qorxmaz Məmmədov saxlanılıb. Onun evinə baxış keçirilən zaman, oradan müxtəlif çəkidə heroin, marixuana və metadon aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR