Gəncə sakinin evindən “Kalaşnikov” çıxdı

# 17:42
4 may 2022

Gəncə şəhər sakinlərində silah və narkotik aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arif Fərəcov saxlanılıb.

 

Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Makarov” tipli tapança, həmin tapançaya aid bir ədəd sandıqca və 5 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

 

Digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər sakini İbrahim Fuladi saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman isə 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 25 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb. Həmin silahın hər hansı bir cinayətdə istifadə edilib-edilməməsini müəyyən etmək üçün aidiyyəti ekspertizaya göndərilib.

 

Daha bir əməliyyat zamanı isə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən İrakli Feyzullayevdən çəkisi 2 kq-dan çox narkotik vasitə olan “marixuana” aşkar edilib.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR