Gəncədə erməni terroru nəticəsində dağılan evlər təmir olunur

# 12:46
1 noyabr 2021

44 günlük Vətən müharibəsində Ermənistan ordusunun Gəncəni  ağır artilleriyadan atəşinə tutması nəticəsində Ramiz Qəhramanovun evinə raket düşüb.

APA TV-nin yerli bürosu məlumat verir ki, nəticədə onun ailə üzvlərindən 4 nəfər - qızı və 3 nəvəsi  şəhid  olub, 4 otaqlı  isə tamamilə dağılıb. Hadisə vaxtı onun özü yüngül  xəsarət alıb. Dövlət başçısının tapşırığına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Ramiz Qəhramanovun evi sökülərək yerində yeni ev tikilib. Hazırda onun yeni evində tikinti  işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə  tam şəraitli evin təhvil verilməsi planlaşdırılır. Müsahibimiz  ona göstərilən diqqət qayğıya görə ölkə başçısına öz minnətdarlığını bildirib.

Prezident İlham Əliyevin sərəncamına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Gəncə şəhərində erməni terroru zamanı zərər çəkmiş yaşayış evlərinin tikintisi və təmir bərpası artıq yekunlaşmaq üzrədir.

Ermənistanın təcavüzü nəticəsində Gəncədə dağıdılan 3200-ə yaxın tikili təmir-bərpa olunub, 12 yaşayış evi yenidən tikilib, hazırda onların təmir işləri aparılır. Bununla yanaşı, 22 yaşayış evi tikilir, 1 bağçanın inşasına başlanılacaq. 500-dən çox tikili üzrə isə təmir-bərpa işləri davam edir. Gəncə şəhərində əhalinin rahat həyat şəraitinin bərpası üçün zəruri addımlar atılır.

Erməni terroru zamanı Zəminə Cəfərovanın da evi dağılıb.

Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir. Həmin ərazilərdə 13000-dən çox tikiliyə ziyan dəyib ki, hazırkı mərhələdə onlardan 11750-dən çox  yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov

APA TV Gəncə 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR