Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi açıldı

# 15:43
12 aprel 2021

Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, Baş Polis İdarəsinin Nizami rayon polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı aşkar olunub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan, şəhər sakini  Vüqar Xəlilov və Rasim Əhmədov ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk ediblər.

Polis əməkdaşları dərhal onların şəhər ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarıblar.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları da yaşadığı ünvanı icazəsiz olaraq tərk edən şəhər sakini Elbrus Əliyevin yerini müəyyən edərək onu yaşadığı evə qaytarıblar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR