Gəncədə yeni tikilən ikimərtəbəli ev yanıb
Gəncədə yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Burla Xatın küçəsində qeydə alınıb.
İkimərtəbəli fərdi yaşayış evində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən texnikası cəlb olunub.
Yağın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, yanan ev yeni tikildiyindən yaşayış olmayıb.
DİGƏR XƏBƏRLƏR

İrandakı səfirliyimizin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər yaralanıb

Lənkəran məktəblilərin həyatı təhlükə altındadır

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum - ölən var
