Gəncədə yeniyetmə qız görün kimdən hamilə qalıb? - TƏFƏRRÜATLAR

# 21:13
11 mart 2022

Gəncədə yeniyetmə qızın 62 yaşlı qonşusu tərəfindən hamilə qaldığı iddia olunur.

İlkin məlumata görə, 2005-ci il təvəllüdlü Günel İsmayılova qonşuluqda yaşayan 1960-cı il təvəllüdlü Rəşid Gözəlov tərəfindən hamilə qalıb. Bu dəhşətli xəbərin nə dərəcədə doğru olduğunu öyrənmək üçün üz tutduq İsmayılovlar ailəsinə. Məlum oldu ki, yeniyetmə əqli cəhətdən qüsurludur. Günel İsmayılovanın bacısı Fatimə İsmayılovanın sözlərinə görə, Rəşid onun bacısını izləyib və evdə tək olmasından istifadə edib.

 “Avqust ayının əvvəllərində mən göz həkiminə gedəndə, bacım su doldurmağa çıxıb, evə qayıdanda qoca kişi var, onu güdüb və özünü evə salıb. Üzünə şillə vurub, saçını yolub və zorakılıq edib, qaçıbdır. Sonradan bacımı qorxudub, onu öldürəcəyini deyib ki, kimsəyə heç nə deməsin. Bacım da qorxduğu üçün heç kimə heç nə deməyib”.

Ailə yeniyetmənin hamilə olmasını yanvar ayında öyrənib. Belə ki, getdikcə səhhəti dəyişən Günel İsmayılova həkimdə müayinə edilərkən məlum olub ki, hamilədir.

Ümumiyyətlə ittiham olunan Rəşid adlı şəxs mütəmadi olaraq sözügedən evə gəlib. Faktı qonşularda təsdiq edir

 “Mən görmüşəm. Rəşidi görmüşəm. Min dəfə bunlara dedim ki, sənin iki qızın var, niyə o kişini sən içəri, evə gəlməyə icazə verirsən. Dedi ağac kəsirik”.

İndi ailənin əsas istəyi Rəşid Gözəlovun məsuliyyətə cəlb edilməsi və bətndə olan  uşağın götürülməsidir. Yeniyetmənin anası Pərvanə Əliyeva deyir ki, hətta bunun üçün həkimə belə müraciət ediblər. Hazırda Günel İsmayılova hamiləlik dövrünün 7-ci ayını yaşayır.

Sözügedən əməldə təqsirli bilinən Rəşid Gözəlovun da mövqeyini öyrənmək üçün evinə yollandıq. Onun evdə olmadığını öyrəndik. Rəşid Gözəlovla telefonla əlaqə saxladıq. O isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Bildirir ki, danışılanlar şər və böhtan xarakterlidir.

 “Bu işi aydınlaşdırırlar, mənim o işlə heç bir əlaqəm yoxdur. İndi dedikləri söz var ey sabah, biri gün məhkəməyə məndə çıxacam, onlarda çıxacaq. Onda deyərəm gəlib çəkərsiniz”.

Artıq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsmayılovlar ailəsini  nəzarətinə götürüb. Qurumun regional nümayəndələri Günel İsmayılova və digər iki ailə üzvünə psixoloji yardım göstərəcək

 “Ailə Qadın və Uşaq Problemləri Dövlət Komitəsi tərəfindən ailə nəzarətə götürüldü. Ailənin vəziyyəti qiymətləndirilib, mütəmadi olaraq ailəyə psixo-sosial dəstək göstəriləcək. Zorakılığa uğramış azyaşlıya lazımı dəstək göstəriləcəkdir”.

Məsələ ilə bağlı Gəncə şəhər prokurorluğuna müraciət etdik. Prokurorluqdan şifahi olaraq bildirildi ki, qeyd olunan faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda cinayət işinin istintaqı aparılır. İş üzrə zəruri ekspertiza həyata keçirilib, o cümlədən şahid dairəsi müəyyənləşdirilərək dindirilib. Hazırda cinayət işi üzrə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR