Gəncəyə qonaq gedən azyaşlının ÖLÜMÜ İLƏ BAĞLI ŞOK TƏFƏRRÜAT

# 16:57
18 iyul 2022

Gəncəyə ailəsi ilə bilikdə qonaq gələn azyaşlı bədbəxt hadisə nəticəsində ölüb. İlkin məlumata görə onun ölümünə səbəb nəfəs borusunda şokolad kağızının qalması olub.

Verilən məlumata görə, 5 yaşlı Hüseyn Cəfərli şokolad yeyərkən anidən halı pisləşib. Yaxınları onun boğazında şokolad kağızı qaldığını ehtimal edərək uşağı 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. İlkin müayinə zamanı məlum olub ki, yad cisim azyaşlının nəfəs borusuna düşüb və o, nəfəs ala bilmədiyi üçün həyatını itirib.

Azyaşlının babası Etibar Cəfərli isə uşağın ölümündə həkimləri günahlandırır: “Uşağa tibbi yardım göstərməyiblər. Uşaq öskürüb orada o da yığışıb nəfəs borusuna. Onu orada deşməli idi və ya başqa xəstəxanaya göndərməli idilər. Uşaq yeriyə-yeriyə gedib ora. Daşkəsəndən ora düşüb ey. Nə ağır?”.

Qeyd edək ki, Hüseyn Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin üç övladından biridir. Artıq faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV, Gəncə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR