General-mayor Mustafa Nəsirovun 100 illik yubileyinə həsr edilmiş xatirə tədbiri keçirilib

# 15:27
22 oktyabr 2021

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Respublika Veteranlar Təşkilatının ilk sədri, general-mayor Mustafa Nəsirovun 100 illik yubileyinə həsr edilmiş xatirə tədbiri keçirilib.

 

APA TV-nin məlumatına görə, Təşkilatın sədr müavini Cəlil Xəlilov bildirib ki, 1942-ci ildə cəbhədən Saratov Sərhəd Qoşunlarının hərbi məktəbinə göndərilən Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərib, Naxçıvan Sərhəd Dəstəsinin rəisi olub. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib:

 

C. Xəlilov deyib ki, M. Nəsirov 1993-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub. 1987-ci ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkədə veteran hərəkatının inkişafına böyük töhfələr verib.

 

Veteran sərhədçi, general-mayor Abbasəli Novruzov və digər veteranlar Mustafa Nəsirovla bağlı xatirələrini bölüşüb, onun peşəkar hərbçi olmasından danışıblar.

 

Tədbirdə M. Nəsirovun həyatından bəhs edən film nümayiş olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR