General müsadirə olunan malları villasına aparırmış

# 13:46
14 oktyabr 2022

Həbs olunan Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində maraqlı faktlar üzə çıxıb.

 

APA TV Unikal-a istinadən xəbər verir ki, Məsum Rəsulov gömrük baxışı zamanı müsadirə olunan müxtəlif növ malları məhv etmək adıyla Abşeron rayonunun Fatmayı kəndində olan 2 hektar ərazidə yerləşən 3 mərtəbəli villasının zirzəmisində saxlayırmış.

 

Daha sonra isə həmin mallar müxtəlif ticarət obyektlərinə verilərək satılırmış.

 

Qeyd edək ki, Məsum Rəsulov Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi çərçivəsində iyulun 14-də saxlanılıb.

 

Onun külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

 

Məsum Rəsulov Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR