Goranboy sakini atasını avtomobillə vurub öldürən sürücüyə və onun atasına maşınla xəsarət yetirdi

# 11:55
19 may 2021

Goranboy sakini atasını avtomobillə vurub öldürən sürücüyə və onun atasına maşınla xəsarət yetirib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quşçular kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşını yolun kənarı ilə gedən, Mütəllim Salmanovu vurub. Müxtəlif bədən xəsarətləri alan ahıl kişi hadisə yerində dünyasını dəyişib.

 

Atasının ölüm xəbərini eşidən Əsgər Salmanov isə tanışına məxsus “VAZ-2106” markalı   minik maşını ilə “Mercedes”in sürücüsü Bəhruz Nağıyevi və onun atası Əli Nağıyevi vurub. Müxtəlif bədən xəsarətləri alan 62 yaşlı Əli Nağıyev Gəncə Şəhər Təcili Tibbi Yardım   xəstəxanasına yerləşdirilib. Hadisə zamanı 38 yaşlı Əsgər Salmanovun da halı pisləşdiyindən xəstəxanaya yerləşdirilib. Hər iki xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Ölüm hadisəsi baş verən Dəlimmədli-Quşçular-Fəxralı- Qurbanzadə avtomobil yolunda yol-nəqliyyat hadisələri tez-tez qeydə alınır. Kənd sakinləri bildirir ki, sözügedən yolda sürücülər avtomobilləri yüksək sürətlə idarə edirlər. Bu da ölümlə nəticələnən qəzalara səbəb olur.

 

Faktla bağlı araşdırmalar davam etdirlir.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR