Goranboyda avtomobil yoldan çıxaraq aşdı

# 12:26
5 oktyabr 2022

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

APA-TV nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İrəvanlı kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü  rayon sakini 1990-ci il təvəllüdlü İlkin Səfər xəsarət alıb, anası 1962-ci il təvəllüdlü Səyarə Rəhimova hadisə yerində ölüb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Goranboy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR