Goranboyda piyada hadisə yerində dünyasını dəyişib

# 04:52
18 may 2021

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 316-cı km-də, rayonun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ 21015” markalı minik maşını yolu keçmək istəyən Daşkəsən rayon sakini, 1974-cü il təvəllüdlü Elsəvər Allahverdiyevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR