Göyçayda 4 otaqlı ev yandı - APA TV

# 18:54
29 avqust 2022

Göyçay rayonunda fərdi yaşayış evi yanaraq külə dönüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, Göyçay rayonu Hacalıkənd kənd sakini Zahid Xəlilova məxsus 4 otaqlı bir mərtəbəli evdə yanğın başlayıb. Alovun söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev və içəridəki bütün əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı Zahid Xəlilov və ailə üzvləri evdə olmayıb. Evin hansı səbəbdən yandığı hələ ki, məlum deyil. Qonşular Zahid Xəlilovun ikinci dəfə ailə həyatı qurduğunu, birinci arvadının ailəsi tərəfindən ona qarşı təzyiqlər olunduğunu bildiriblər. Hadisə şahidləri gündüz vaxtı evin qəsdən yandırıldığını iddia edirlər. Ev sahibin qardaşı oğlu Vüsal Xəlilov deyir ki, əmisi Zahid Xəlilov fəhləlik edərək ailəsini dolandırır. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-nin işçiləri hadisə yerindədir, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR