Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb
Göyçay rayonunda korrupsiya faktı aşkar edilib, saxlanılanlar var.
APA TV-nin xəbərinə görə, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Qarabaqqal kəndi ərazisində qanunsuz torpaq alqı-satqısı və külli miqdarda pul vəsaiti müqabilində qanunsuz sənədləşmə işlərinin aparılmasında iştirakda şübhəli bilinərək saxlanıldığı bildirilir.
Kənd icra nümayəndəsi və bələdiyyə sədrinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması xəbərini rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Prezident: Biz, həqiqətən, tarixi anlar, günlər, illər yaşayırıq – APA TV

Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı oldu – APA TV

Azərbaycanda körpülər niyə selə dözmür?
