Göyçayda qəza: Avtomobil yola çıxan qoyunları vurdu

# 18:21
11 yanvar 2022

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Göyçay-Bığır yolunun Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən qəflətən yola çıxan qoyunları vurub. Hadisə zamanı 5 baş qoyun tələf olub, avtomobilə xeyli ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.
 

Şahnəzər Bəşirov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR